Artiq hamı bilir

Jul
21

Bazar günu Kristofferlə Säffleyə mamani və papani görmeyə getdik. Onlari artiq bir ay idi görmürdük və onlari yenidən görmeyə çox sevindik.

Planimiz belə idi ki, yeməkdən sonra təzə xəbəri mama ilə papaya deyək. Oturub bir az söhbət etdiyimiz zaman mama Kristofferdən soruşur: "Kristoffer kimsə mənə kamera gönderib. Mən başa düşmürəm amma niyə. Bax gör bu kimdən gəlib". Kristoffer gülərək deyir: "Jeganədən soruşun. Mama təəcüblə mənə baxdi. "Bizim gələn il toyumuz olacaq. O kameralari da biz sizin adresə sifariş etmişik ki, ucuz olsun bizə"- mən də gülərək mamaya dedim.

Təzə xəbəri eşidəndə onlar çox sevindilər. Eyni zamanda da çox təəcübləndilər ki, biz işlərimizin, planlarimizin çoxunu özümüz etmişik. Indi deyəm onlar çox fikirləşirlər..